Azərbaycanda şagirdi məktəbdə cərəyan vurub öldürdü

 14:41 08.02.2022     783

Cəlilabadda məktəbdə şagirdi elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub.

Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən