Bakı metrosunda bədbəxt hadisə - Qadın relslərin üstünə düşdü

 22:35 08.02.2022     640

Bakı metrosunda qadın qatar yoluna düşüb. 

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hadisə bu gün saat 21:54-də qeydə alınıb.

Belə ki, "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Azadlıq prospekti" stansiyasına daxil olarkən qadın stansiya yoluna düşüb. Onun yaşı və kimliyi dəqiqləşdirilir.

Təlimata uyğun olaraq, dərhal gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb. On dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb.

O, qeyd edib ki, qadın sağdır, hadisənin intihar yaxud ehtiyatsızlıqdan baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən