Goranboyda qazi intihara cəhd etdi - FOTO

 20:22 09.02.2022     2472

Bu gün Goranboy rayonu, Kəpənəkçi kənd sakini 1996-cı il təvəllüdlü Sərdar Həsənov özünü yandırmağa cəhd edib.

Redaktor.az xəbər verir ki, yerli bürosunun məlumatına görə, onun bu cəhdinin qarşısı alınıb.

S.Həsənov yüngül yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, S.Həsənov yaşadığı evə elektrik enerjisinin və qaz xəttinin çəkilməməsinə etiraz olaraq bu addımı atıb.

Goranboy rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sakin dəfələrlə icra başçısının və RİH-nin məsul əməkdaşlarının qəbulunda olub: “Ona hər dəfə dəstək göstərilib, problemləri dinlənilib və kömək edilib”.

Faktla bağlı araşdırma aparılır (apa.az).

Qeyd edək ki, Sərdar Həsənov Vətən müharibəsi qazisidir. O, özünü Goranboy Rayon İcra Hakimiyyəti binasının qarşısında yandırıb. Onu söndürməyə çalışan polis işçilərinin də xəsarət aldığı bildirilir.

2
Vumart və Güvən reklamı Vumart Güvən