Məktəblini maşın vurdu

 00:13 11.02.2022     359

Abşeron rayonunda məktəblinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

2010-cu il təvəllüdlü Musayev Toğrul Ülfət oğlu dərsdən çıxıb evə gedərkən, onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən