Bakıda restoran işçisini avtomobil vurub öldürdü - FOTO

 21:33 11.02.2022     365

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.

 

1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır (apa).

2222
Vumart və Güvən reklamı Vumart Güvən