Bakıda yanan avtobusu sürücü özü söndürdü
Bakıda 65 nömrəli marşrutda hərəkət edən avtobusunda yanğının qarşısı alınıb.
Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a bildirilib ki, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, "Faiqoğlu MMC"yə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi tüstülənməyə başlayıb.
Sürücüsü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.












