Ambulans aşdı, XƏSARƏT ALAN VAR - VİDEO
Bakıda təcili yardım avtomobilinin aşması nəticəsində bir nəfər xəsarət alıb.
Redaktor.az xəbər verirki, hadisə Səbail rayonu ərazisində Rəşid Behbudov küçəsində qeydə alınıb. Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə zamanı sürücü avtomobildə tək olub (apa.az).












