Bu yolda maşın körpüdən çaya aşdı - 2 ölü, 4 yaralı var - FOTO

 15:51 13.02.2022     530

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq Dasagil körpüsündən çaya aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır (report).

222
Vumart və Güvən reklamı Vumart Güvən