Ağsu sakini özünü asdı

 09:54 14.02.2022     345

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu şəhərinin Natavan küçəsindəki 67 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Siyavuş Vəzir oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

S.Qurbanovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Ağsu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən