Bakıda qadın özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasında baş verib.
3 uşaq anası olan qadın özünü 12-ci mərtəbədən ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub (apa).













