Məktəbli qız özünü binadan atdı
Gəncədə intihara cəhd olub.
Redaktor.az "oxu.az"a istinadən xəbər verir ki, şəhər sakini, 2006-cı il təvəllüdlü R.Məmmədova özünü yaşadığı doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin pəncərəsindən atıb.
Ağır xəsarətlər alan məktəbli qız Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.













