Kafenin ikinci mərtəbəsindən yıxılıb öldü

 21:25 15.02.2022     357

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Məkan" kafesində qeydə alınıb.

Xaçmazın Köhnə Xaçmaz kənd sakini Əliyev Səhmana Habil oğlu kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən