Polis əməliyyat keçirdi - FOTO

 10:55 16.02.2022     349

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib.

Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.

22
Vumart və Güvən reklamı Vumart Güvən