10 günün gəlini hamamda boğuldu

 13:13 16.02.2022     392

Ucar rayon sakini dəm qazından boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, Ucar rayonunun Lək kənd sakini, 1997-ci il təvəllüdlü Aytac Ağahüseyn qızı Xəlilova Bakıda yaşadığı evin hamamında dəm qazından boğulub.

Aytac Xəlilova 10 gün əvvəl ailə həyatı qurub. Daha sonra həyat yoldaşı ilə birgə Bakıya köçüb.

Mərhum doğulduğu kənddə dəfn olunub (apa).

Vumart və Güvən reklamı Vumart Güvən