Körpüdən aşan avtomobildə ailəlikcə can verdilər
Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki,qəza yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil körpüdən aşıb.
Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.













