Goranboyda gənc oğlanı maşın vurdu

 21:42 17.02.2022     1207

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayon Qızılhacılı qəsəbəsində baş verib.

Yolu qarşı tərəfə keçmək istəyən 25 yaşlı F.Qurbanovu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən