Manaf Ağayevlə Füzuliyə gedən iş adamı da həbs edildi

 13:53 18.02.2022     529

İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan müğənni Manaf Ağayevla birlikdə gedən iş adamı Sənan Hüseynov da həbs edilib.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumata görə, onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Qeyd edək ki, M.Ağayev dünən bahalı avtomobillə Füzuli aeroportuna getməsinin videosunu sosial şəbəkədə paylaşıb. Müğənni müzakirələrə səbəb olan videonu daha sonra instaqramından silib. Videoda M.Ağayevin avtomobilinin yanında 10-AA-307 seriyalı daha bir maşın olub. Həmin şəxsin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən