Ağır qəzaya səbəb olan qadın hadisə yerindən qaçdı  - VİDEO

 19:01 19.02.2022     1168

Yevlaxda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Salahlı kəndində  qeydə alnıb. Qadın sürücünün idarəetdiyi "BMW" markalı maşın idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərə toqquşub. BMW-nin sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Qəza zamanı müxtəlif bədən xəsarərləri alan Mingəçevir sakinləri, 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu xəstəxanaya yerləşdirilib.

Faktla  bağlı araşdırma aparılır (itv).

 


Vumart və Güvən reklamı Vumart Güvən