Bakıda piyadanı maşın vuraraq öldürdü
Bakıda yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, ötən gün Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini S.Qarayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Qəzənfər Səlimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.













