Karantin qaydalarını pozan şadlıq sarayının inzibatçısı HƏBS EDİLDİ

 16:56 21.02.2022     462

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şadlıq sarayında təşkil olunan toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Asiman” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və 250 nəfər qonağın məclisdə iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar şadlıq evinin inzibatçısı Elvin Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Vumart və Güvən reklamı Vumart Güvən