Qadına qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı - YENİLƏNİB
“Müştərisi olduğu xanıma qarşı hörmətsizlik edən taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü 1989-cü il təvəllüdlü Röyal Həsənov müəyyən olunaraq saxlanılıb”.
Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.
“O, əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”, - DİN rəsmisi əlavə edib.
***
Bakıda taksi sürücüsü qadına qarşı qeyri-etik hərəkət edib.
Redaktor.az xəbər verirki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Bildilirib ki, 20 fevral tarixində Bakıda işdən çıxan xanım "20 Yanvar" metrostansiyasının yaxınlığından Sumqayıta getmək üçün “manatlıq” taksiyə əyləşib.
Taksi sürücüsü başqa müştəri götürmədən maşını sürüb və xanıma birlikdə vaxt keçirməyi təklif edib. Təklifi rədd edib avtomobildən düşmək istəyən zaman isə sürücü buna imkan verməyib və xanıma qarşı qeyri-etik hərəkət edib.
Zərərçəkmiş qadın avtomobildən düşüb, avtomobilin nömrəsini götürərək polisə müraciət edib.
Məlum olub ki, hadisəni törədən şəxs 90-SS-720 qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Röyal Teymur oğlu olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis faktla bağlı araşdırma aparır.














