Kafedə odlu silahla öldürüldü

 23:00 22.02.2022     412

Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki,  hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Göyçay sakini, 1979-cu il təvəllüdlü Cavanşir Şükürov ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindir.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən