Bələdiyyə sədrinin qardaşı həmyerlisini güllələdi

 17:11 23.02.2022     488

İmişli rayonunda güllələnmə hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, rayon polis şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbə sakini X.İbrahimovun tüfənglə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

X.İbrahimov saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, X.İbrahimovun Bəhrəmtəpə qəsəbə bələdiyəsinin sədri İman İbrahimovun qardaşı olduğu bildirilir.

Bələdiyyə sədrinin qardaşı həmyerlisini güllələdi

Vumart və Güvən reklamı Vumart Güvən