Bakıda tikinti çökdü, xəsarət alanlar var - FOTO
Bakının Keşlə qəsəbəsində tikinti çöküb.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, əvvəlcə binanın altında qalanların olduğu deyilsə də, sonradan bu xəbər təsdiqini tapmayıb.
Tikintidə çalışan şəxslərin verdiyi məlumata görə, uçqun baş verən tikili yaşayış binası yox, şirkətin satış ofisi üçün nəzərdə tutulan iki mərtəbəli obyektdir. Tikilinin eyvan hissəsi çöküb. Xəsarət alan və ölən yoxdur.
Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda isə bildirilir ki, 2 nəfər xəsarət alıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.
İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.
Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
“Kristal Abşeron” şirkətindən "Report" isə bildirilibki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub. Nəticədə iki nəfər yüngül xəsarət alıb.

















