Tərtərdə 18 yaşlı gənc tutuldu

 15:49 24.02.2022     646

Tərtərdə qətl törədən 18 yaşlı oğlan saxlanılıb.

Redaktor.az xəbər verir ki, Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 23-də saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən