Goranboyda yol qəzası - ölən və xəsarət alanlar var

 21:30 25.02.2022     1665

Goranboyda ölümnən nəticələn ağır yol qəzası baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" digər minik avtomobili toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Ölən şəxs rayonun Alpout kənd sakini, 1966-cı il təvəllüdlü Salahov Zərdabidir. 1958-ci il təvəllüdlü Etibar Hüseynov və onun övladı 1984-cü il təvəllüdlü Turac Hüseynov xəsarət alıblar.

Vumart və Güvən reklamı Vumart Güvən