Göyçayda qaçırılan qızdan xəbər var

 21:36 27.02.2022     453

Göyçayda yaşayan 20 yaşlı Şahnaz Ömərovanın qonşuluqda yaşayan Feyruz Əliyev, onun atası Mahmud Əliyev və anası Yeganə Əliyeva tərəfindən zorla qaçırıldığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə,  məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib.
Göyçayın Ulaşlı-Şıxlı kəndində evlənmək məqsədilə qaçırıldığını iddia olunan qız işgəncəyə məruz qalıb.

Rayon sakinləri Mahmud Əliyev, atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birgə 21 yaşlı Zeynəb Ağayevanı (ad və soyad şərtidir) qaçıraraq tövlədə gizlədiblər. Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən