Bakıda qəza tıxac yaratdı

 16:27 28.02.2022     351

Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. 

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Şəhər mərkəzi və “Koroğlu” metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib. Sıxlıq baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb. Qəza ilə əlaqədar “ASK Arena”dan “Koroğlu” stansiyası istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən