Goranboyda bıçaqlanma baş verdi - YENİLƏNİB
Goranboyda bıçaqlanma hadisəsi olub.
Redaktor.az "report"a istinadla xəbər verir ki, rayonun Düzqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü R.Mansurov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həmkəndlisi, 1981-ci il təvəllüdlü E.Məmmədovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, R.Mansurov avtomobil ustasıdır. Hadisəni törətməkdə şübhəli bilinən isə onun müştərisidir.
Faktla bağlı araşdırmalara başlanılıb.
23:00
Goranboyda bıçaqlanma baş verib.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəlməmmədli şəhərinin yaxınlığında qeydə alınıb.
1981-ci il təvəllüdlü Ramin Mansurov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Mansurov özünə məxsus avtomobil ilə Bakıdan Gəncəyə gələrkən Dəlməmmədlidə maşınındakı texniki problem səbəbində yol kənarında dayanıb.
Bu zaman bir neçə nəfər şəxs Ramin Mansurovu bıçaqlayıb üzərindəki 1000 manat pulu götürüb ərazidən uzaqlaşıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.













