Biləsuvarda ağır qəza - Ölən və yaralanan var
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, motosiklet əvvəlcə "Priora" markalı minik avtomobili ilə toqquşub. Daha sonra idarəetməni itirən minik avtomobili "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü Şükürov Yavər İsabala oğlu hadisə yerində ölüb, 1990-cı il təvəllüdlü Ağayev Taleh Balağa oğlu isə xəsarət alıb.
Hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir (report).













