Yevlaxda itkin düşən bacı-qardaş tapıldı - FOTO

 18:29 05.03.2022     817

Yevlaxda itkin düşən bacı-qardaş tapılıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, onlar rayon ərazisində aşkarlanaraq ailələrinə təhvil veriliblər.

12:48

Martın 3-də itkin düşən Yevlax rayon sakinləri axtarılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Yevlax rayon sakinləri 2003-cü il təvəllüdlü Ayşə Abdullayeva və qardaşı 2011-ci il təvəllüdlü Elmanın itkin düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Fotoda: Ayşə Abdullayeva

 

Fotoda: Elman Abdullayeva

 


Vumart və Güvən reklamı Vumart Güvən