Goranboyda yeniyetmə qız dəm qazından zəhərləndi
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.
2007-ci il təvəllüdlü A.Rüstəmli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.













