Gənc qadını amansızlıqla öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

 18:44 06.03.2022     798

Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Martın 5-də rayonda 1999-cu il təvəllüdlü Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.

Qeyd edək ki, A.Əliyevanın meyitinin ayrı-ayrı hissələri zibil yeşiklərində aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İstintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

***

Qəbələ rayonunda çoxsaylı bıçaq xəsarətləri ilə amansızlıqla qətlə yetirilən 1999-cu il təvəllüdlü Aytac Əliyevanın ailəli olduğu məlum olub.

Redaktor.az xəbər verir ki, naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.

Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbiçi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir (apa).

***

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Aytac Əliyevanın meyiti binanın blokundan tapılıb.

Onun xüsusi işgəncə ilə öldürüldüyü bildirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən