Sumqayıtda yataqxanada yanğın - Sakinlər təxliyə edildi
Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













