Goranboyda zəlzələ oldu

 23:58 09.03.2022     1190

Bu gün Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə - Goranboy rayonunda zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən