Azərbaycanda 62 yaşlı kişinin zorladığı 17 yaşlı qız hamilə qalıb - Cinayət işi açıldı

 12:09 11.03.2022     1904

Sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hal-hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı məlumatlar yayılıb.

Redaktor.az-ın məlumatına görə, Baş Prokurorluqdan bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.

"Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsəd ilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər", - məlumatda deyilir (trend).

Vumart və Güvən reklamı Vumart Güvən