Şagird məktəbdə yıxılıb KOMAYA DÜŞDÜ

 20:26 11.03.2022     1283

Cəlilabadda məktəbli yıxılaraq ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bədbəxt hadisə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə baş verib.

Məktəbli, 2009-cu il təvəllüdlü Əli Təyyar oğlu Qasımov idman zalında hündürlükdən yıxılıb. Yeniyetmə ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən