Salyanda yanğında ölən var

 21:43 11.03.2022     1585

Salyan rayonunda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə “Salyan qida məhsulları İstehsalat Kommersiya Şirkəti” MMC-nin ərazisində qeydə alınıb.

Belə ki, şirkətin ərazisində istifadəyə yararsız taxta yeşiklər və tullantılar yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın baş verən ərazidən təxminən 10 metr kənarda 1996-cı il təvəllüdlü Yarıyev Nahid Camal oğlunun meyiti aşkar edilib. İlkin məlumata görə, o, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən