​​​​​​​Hafiz Məmmədovun oteli yandı - VİDEO/FOTO

 22:10 11.03.2022     3159

Bakıda məşhur hoteldə yanğın baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə Məmməd Araz küçəsindəki "Ramada Shamdan" otelində qeydə alınıb.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.

Qeyd edək ki, sözügedən hotel tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur.

Xatırladaq ki, hotel uzun müddətdir fəaliyyət göstərmir.

Məlumat üçün bildirək ki, "Ramada Baku” MMC-nin (VÖEN - 1501954131) qanuni təmsilçisi iş adamı Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. Şirkətin martın 11-nə olan tarixə görə dövlət büdcəsinə 62 min 71 manat 23 qəpik vergi borcu var.

222
Vumart və Güvən reklamı Vumart Güvən