DİN-dən 5 nəfərin ölümünə səbəb olan yol qəzası barədə açıqlama

 14:17 14.03.2022     761

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a daxil olan məlumatda deyilir:

"Martın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” və X.Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə S.Məlikov və sərnişinləri - Elçin Kərimov, onun həyat yoldaşı Gülnarə, Şura İmanova, onun qızı Gültəkin hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəsarət alıb, vəziyyətləri orta-ağırdır.

Cəlilabad Rayon Polis İdarəsində araşdırma aparılır".

Vumart və Güvən reklamı Vumart Güvən