Bakıda dünya çempionunu qətlə yetirən şəxs saxlanıldı
Bakının Binəqədi rayonu ərazisində dünya çempionu Zaur Yusifovu marketdə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri məlumat verib.
Xidmət rəhbəri bildirib ki, hadisə ilə bağlı keçirilən əmliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, dünya çempionu Zaur Yusifov dünən gecə saatlarında Bakının Binəqədi rayonu ərazisindəki marketlərdən birində odlu silahla qətlə yetirilib.













