Sumqayıtda qəzada yaralananların vəziyyəti ağırdır - YENİLƏNİB
Sumqayıtda qəzada yaralıların sayı artıb.
Redaktor.az xəbər verir ki, qəza nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralılardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.
əlumata görə, "Hyundai" markalı mikroavtobus Xaçmaz rayonundan gəlirmiş.
***
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, “Hyundai” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişin minik avtomobilindən, 2 nəfər sərnişin isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
















