Bakıda zəncirvari qəzada ağır xəsarət alanlar var - FOTO

 00:02 17.03.2022     796

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

BMW” markalı nəqliyyat vasitəsi kəsişmədən keçərkən “Toyota” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb. Toqquşma zamanı “BMW” aşıb.

Hadisə nəticəsində aşan avtomobilin sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Buna görə, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü deformasiya olmuş avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.

Bundan başqa “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü də xəstəxanaya çatdırılıb (apa).

22222
Vumart və Güvən reklamı Vumart Güvən