Beş yaşlı uşaq yanaraq öldü
Gəncədə beş yaşlı uşaq yanıq xəsarətindən dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, 2017-ci il təvəllüdlü Elnarə Elçin qızı Əlizadə yaşadığı evdə oynayarkən ehtiyatsızlıq nəticəsinsə qaynar su olan çaydanı üzərinə aşırıb.
Yanıq xəsarəti alan azyaşlı xəstəxanaya çatdırılsa da, o, bir gün sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır.













