Gəncədə evə basqın etdilər

 10:05 20.03.2022     601

Gəncədə evə basqın edilib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Sədi küçəsində yerləşən yaşayış evində baş verib.

Oğurluq məqsədilə evə daxil olan silahlı və maskalı iki naməlum şəxs ev sahibi, 1950-ci il təvəllüdlü Xurşud Namazovaya və onun oğlu, 1975-ci il təvəllüdlü Xəyyam Namazova bədən xəsarətləri yetiriblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Səs-küyün qalxmasını görən maskalılar heç nə aparmadan evi tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən