Paytaxt sakinini döyüb pul istəyənlər ələ keçdilər

 15:27 20.03.2022     683

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olub.
Redaktor.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılıblar.
 Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən