Hacıqabulda polis ağır yaralandı - FOTO

 19:07 20.03.2022     818

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ağır yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən