"BMV" traktorun altına girdi - Ölənlər var - VİDEO

 19:56 20.03.2022     980

Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Hindarx qəsəbəsində hərəkətdə olan Cəfər Allahverdiyevin idarə etdiyi “04 T 954” dövlət nömrə nişanlı traktor qarşıdan gələn “BMW” markalı “35 BX 876” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “BMW”-nin sürücüsü Hindarx sakini Quliyev Sadiq Vahid oğlu və sərnişini rayon sakini Məmmədov Loğman İlqar oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır (apa).

 

 

Vumart və Güvən reklamı Vumart Güvən