Bakıda şirkət direktoruna 200 min manat "atdılar"

 22:00 22.03.2022     675

Bakıda şirkət direktoru müştərinin ona 200 min manat “atdığını” iddia edib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı “Dashyunu” MMC-nin direktoru, 31 yaşlı Tural Allahverdiyev polisə müraciət edərək ərizə yazıb.

O bildirib ki, 2021-ci il may ayında Mingəçevir sakini, 1976-cı il təvəllüdlü Zaur Mirzəyev onu aldadaraq 200 min manatlıq sement alıb.

Direktor iddia edib ki, Z.Mirzəyev hələ də sementlərin dəyərini ona ödəməyib. Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən