Goranboyda güclü yanğın - YENİLƏNİB - VİDEO
Goranboy rayonunun Qırıqlı kəndi yaxınlığında təqribən 8 hektar sahədə qamışlıq və kol-kos yanıb.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Goranboy rayonunda qamışlıq sahə yanır.
Redaktor.az FHN-ə istinadən xəbər verir ki, rayonun Qırıqlı kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
İlkin məlumata əsasən, açıq ərazidə 1 ha sahədə qamışlıq yanır. Yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.













